Cütlük, arxiv şəkli

Toya əngəl olan səbəb: iki mindən çox gənc məyus oldu

56
(Yenilənib 20:24 03.09.2019)
Bu ilin 8 ayı ərzində nikaha daxil olmaq üçün 92 min 340 nəfər müayinədən keçib

BAKI, 3 sentyabr — Sputnik. Bu il nikaha daxil olmaq istəyən 2313 nəfərdə talassemiya daşıyıcılığı, 142 nəfərdə sifilis aşkarlanıb. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, müayinədən keçən şəxslərin 2313-də talassemiya daşıyıcılığı, 142 nəfərdə sifilis, 94 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 30 olub: "Təkcə avqust ayı ərzində isə 9 min 687 nəfər müayinədən keçib. Müayinədən keçən 286 nəfərdə talassemiya daşıyıcılığı, 53 nəfərdə sifilis, 12 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub".

Qeyd edək ki, 2015-ci ildən bu günədək ümumilikdə 592 min 153 nəfər bu müayinələrdən keçib. Birində talassemiya daşıyıcılığı olan belə cütlüklərin sayı 20 548, hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan cütlüklərin sayı isə 219 olub. Bu müddət ərzində 1870 nəfərdə sifilis, 549 nəfərdə HİV (QİÇS) qeydə alınıb.

56
Teqlər:
tibbi müayinə, müayinə, toy, sifilis, QİÇS, talassemiya, xəstəlik
Səmra Rəhimli

Səmra açıq-saçıq klipi fotossesiyası ilə gündəmi zəbt edib - VİDEO/FOTO

2
(Yenilənib 15:42 02.03.2021)
"Hərdən mənə elə gəlir ki, əvvəl səhifəm dini səhifə və izləyicilərim isə dindarlar olub. Dini məsləhətlər vermişəm, bu gün də qəfil artist olmağa qərar vermişəm, izləyicilərim çaş-baş qalıblar" - Səmra Rəhimli

BAKI, 2 mart — Sputnik. Müğənni Səmra Rəhimli "Göz" adlı yeni klipini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, layihənin rəhbəri və rejissoru sənətçinin anası İlahə Baxşıyevadır. "Youtube" video hostinqində və "instagram" hesabında paylaşılan klip açıq-saçıq görüntülərinə görə müzakirə olunub. S.Rəhimli isə müzakirələrə səbəb olan klipi haqda bu sözləri yazıb:

Посмотреть эту публикацию в Instagram

Публикация от QUEEN SAMRA (@samraeurovision)

"Hərdən mənə elə gəlir ki, əvvəl səhifəm dini səhifə və izləyicilərim isə dindarlar olub. Dini məsləhətlər vermişəm, bu gün də qəfil artist olmağa qərar vermişəm, izləyicilərim çaş-baş qalıblar".

Посмотреть эту публикацию в Instagram

Публикация от QUEEN SAMRA (@samraeurovision)

Qeyd edək ki, mahnının söz və musiqisi Clavisə məxsusdur. Müğənni bundan başqa, fərqli fotosessiyası ilə hər kəsi təəccübləndirib.

2
Teqlər:
video, Səmra Rəhimli, klip
 COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusdan ölənlərin sayı 3200-ə çatdı

4
Ermənistanda son gündə daha 5 nəfər ölüb. Qonşu ölkədə ümumilikdə bu virusdan ölənlərin sayı 3 200-ə çatıb.

BAKI, 2 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 172 456-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 240 nəfər artıb.

Ermənistanda son gündə daha 5 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 200-ə çatıb. Xəstəlikdən sağalanların sayı 163 738 nəfər olub. Hazırda bu ölkədə 4 700 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,4 milyonu keçib, 2,53 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4