Afaq Aslan yenə özünü göstərdi: "Gözəlliyi görməyə hazırsınızmı?" - FOTO

Abunə olmaq
Müğənni əməliyyatdan sonrakı açıq-saçıq fotolarını şəxsi "Instagram" səhifəsində paylaşıb

BAKI, 19 avqust — Sputnik. Azərbaycanlı müğənni Afaq Aslan bir müddət öncə estetik əməliyyat olunub. Sputnik Azərbaycan xəbər verir ki, əməliyyat Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində baş tutub.

Müğənni əməliyyatdan sonrakı fotolarını şəxsi "Instagram" səhifəsində paylaşıb. Cazibədar vücudunu nümayiş etdirən Afaq Aslan fotolarına "Məndən əməliyyatımın nəticəsini soruşan dəyərli izləyicilərim! Bilirəm hər biriniz maraqla əməliyyat sonrası qarın presslerimin necə alındığını səbirsizliklə gözləyirsiniz!

Посмотреть эту публикацию в Instagram

Публикация от AFAQ ASLAN 🧿🦁 (@afaqaslanofficial)

Əslində, artıq əməliyyatımdan 2 həftə sonra kameralar qarşısına rahatlıqla keçərək qarın presslerimi yeni fotosessiyamda nümayiş elətdirmişəm! Sizləri də intizarda qoyduğumun fərqindəyəm! Nə deyirsiniz? Dəyərli dostum və qızılbarmaq həkimim Dr. Mircəfərin vücudumda yaratmış olduğu gözəlliyi görməyə hazırsınızmı? " sözlərini əlavə edib.

Qeyd edək ki, Afaq Aslan noyabrın 19-24-ü İtaliyada keçiriləcək "Miss Europa Continental 2019" yarışmasında Azərbaycanı təmsil edəcək.

Xəbər lenti
0