Laboratoriya

Xərçəng xəstəliyinə qarşı ən dözümlü qan qrupu açıqlandı

315
(Yenilənib 20:00 14.08.2019)
Xərçəng şişlərinin meydana gəlməsi səbəbləri aşkarlandı

BAKI, 15 avqust — Sputnik. İsveçin Karolinska İnstitutunun alimləri apardıqları araşdırma zamanı insanların qan qrupu ilə xərçəng xəstələyinin inkişafı arasında bağlantı olduğunu aşkarlayıblar. Bu barədə Sputnik Azərbaycan xəbər verir.

Alimlərin araşdırmasına görə, 0 qan qrupuna sahib insanlar xərçəngə qarşı daha çox immunitetə malikdirlər.

Araşdırma çərçivəsində 35 il ərzində bir milyondan çox insanın məlumatları dəyərləndirilib.

Məlumatda qeyd olunur ki, A qan qrupuna sahib şəxslərin mədə xərçənginə tutulma riskinin daha çox olduğu müəyyənləşdirilib.

Qan qrupu B və AB olan şəxslərin isə mədəaltı vəzi xərçənginə tutulma riski daha çoxdur.

Alimlər eyni zamanda xərçəng şişlərinin meydana gəlməsinin çox vaxt alkoqol, siqaret və steroid olmayan iltihab əleyhinə dərmanlardan qaynaqlandığını bildirib.

315
Teqlər:
araşdırma, qan qrupu, xərçəng, xəstəlik
Əlaqədar
Xərçəngdən ölümün qarşısını almağın yolu tapıldı
Bağırsaq xərçəngindən əziyyət çəkən gənclərin sayı artıb
Öz genlərimiz xərçəngin səbəbi imiş
Döş xərçəngi, diabet və işemiyanın ilkin səbəbi açıqlandı - ofis işçiləri üçün xəbərdarlıq

Bir neçə şəhər rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

4
Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanda sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır.

Qeyd edək ki, əvvəl bu müddət dekabrın 7-si saat 06:00-dək müəyyən edilmişdi.

4
Teqlər:
Xaçmaz, Quba, İsmayıllı, Masallı, Cəlilabad, Biləsuvar, Zaqatala, Qax, Lənkəran, Şəki, sərt karantin rejimi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Stasionar telefon, arxiv şəkli

Müdafiə Nazirliyində valideynlər üçün fasiləsiz qaynar telefon xətləri açıblar

3
(Yenilənib 16:14 05.12.2020)
Vətəndaşlar qeyd olunan nömrələrə zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər

BAKI, 5 dekabr - Sputnik. Hərbi qulluqçuların valideynlərini və yaxınlarını narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Bir daha bildiririk ki, vətəndaşlar (012) 912, (012) 538-61-31, (012) 404-76-34 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər", - məlumatda qeyd olunur.

3
Teqlər:
qaynar xətt, valideynlər, hərbçilər, telefon, Müdafiə Nazirliyi