Zoopark

Zooparkın ziyarətçisi zürafəni "çapdı" - VİDEO

364
(Yenilənib 20:00 14.08.2019)
Onun sərxoş olduğu güman edilir

BAKI, 14 avqust — Sputnik. Qazaxıstanın Şımkent şəhərində yerləşən zooparkın ziyarətçilərindən biri qadağaya baxmayaraq zürafənin üzərinə dırmaşaraq ona minmək qərarına gəlib.

Sputnik xəbər verir ki, gənc ziyarətçinin "macəraları"nın video görüntüləri internetdə yayılıb.

Zooparka qızlarla gəlmiş gənc nə olursa-olsun zürafənin boynuna dırmaşmaq qərarına gəlib. Kadrlarda onun heyvanı özünə cəlb etdiyi və sonra üç metr hündürlüyü olan hasara dırmaşaraq zürafənin belinə oturduğunu görmək olar.

Hadisədən sonra Şımkent zooparkının administrasiyası bəyanat yayıb: "Ola bilər ki, ziyarətçi və onun qadın yoldaşları sərxoş halda olublar. Bu ziyarətçi zooparkın ərazisində hər 15 dəqiqədən bir radioşəbəkə vasitəsilə elan edilən davranış qaydalarını pozub".

Zooparkın administrasiyası həmçinin polisə müraciət edərək gəncin məsuliyyətə cəlb edilməsini tələb edib. Polis hazırda ziyarətçinin kimliyinin müəyyən edilməsi ilə məşğuldur.

364