CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali təhsil müəssisələrinə qeydiyyat başlayır

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Abunə olmaq
42062 nəfər qeydiyyatdan keçə biləcək

BAKI, 14 avqust — Sputnik. Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Lənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu il bütün ixtisas qruplarında eyni problem yaşanıb

Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən xəbərə görə, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Xəbər lenti
0