Tovuzda mal bazarı

Qiymətlər ucuz, alıcı yox, səbəblər isə fərqli

3935
(Yenilənib 19:37 12.08.2019)
Tovuz bazarında həm iri, həm də xırdabuynuzlu heyvanların alış satışı həyata keçirilir. Bir ərazidə yerləşsə də, xırdabuynuzlu heyvan bazarında alver daha qızğın gedir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Buranın ən qızğın alveri qaranlıqkən gedir. Hava işıqlaşana isə yalnız bəslədiyi heyvanı daha baha satmaq istəyən satıcılar və alverçilər qalır. Saat 11-ə isə demək olar bazar tamamilə boşalır. Söhbət bölgənin ən böyük heyvan alış verişinin həyata keçirildiyi Tovuz mal bazarından gedir. Sputnik Azərbaycan-ın bölgə müxbiri bazarda vəziyyət, qiymətlərin alıcıları və satıcıları qane edib etməməsini yerində araşdırıb. Qeyd edək ki, reportaj Qurban bayramından əvvələ təsadüf edir.

Tovuz bazarında həm iri, həm də xırdabuynuzlu heyvanların alış satışı həyata keçirilir. Bir ərazidə yerləşsə də, xırdabuynuzlu heyvan bazarında alver daha qızğın gedir. Satıcılar ümumi alıcılıq qabliyyətindən narazı olsalar da, alverin olmadığını da demirlər.

 Tovuzda mal bazarı
© Sputnik / Ilham Mustafa
Tovuzda mal bazarı

Xırda buynuzlu heyvanların satış bazarında canlanma fermerlərin quzuları kütləvi şəkildə bazara gətirməsilə bağlıdır. İldə bir dəfə baş verən bu prosesdə 1 illik əziyyətin xeyrini də fermerlər məhz bu zaman görürlər. Quzuların kütləvi satışını fermer Sabir Əliyev belə izah edir:

"Arpa çox bahadı, ot çox bahadı, saxlamaq da çətindi. Bu il yaz da quraq gəldi, istilər tez başladı. Quzular bu istiyə dözmür, ciyərı bişir. Ona görə qoyunları yaylağa göndərib quzuları bazara çıxarırıq. Biz də heyvandarlığın xeyrini ildə 1 dəfə bu zaman görürürük".

S. Əliyev bazara gətirdiyi 130 quzudan artıq 30-unu satdığını söyləyib. Ən ucuz satdığı quzunun 130, bahasını isə 160 manata vediyini deyib.

Qazaxdan gələn fermer Rafiq Əliyev isə alıcılıq qabliyyətinin ildən-ilə azalmasından danışıb:

 Tovuzda mal bazarı
© Sputnik / Ilham Mustafa
Tovuzda mal bazarı

"Alver normaldı, elə qiymətlər kimi, nə yaxşı demək olar nə də pis. Ceyrançöldə saxladığımız sürünün quzularıdı, gətirmişik bazara. Bunları daha da böyüdüb satmaq olar, lakin alıcılıq qabliyyəti aşağı olduğundan alıcılar daha iri heyvana pul verə bilmirlər. Ona görə ən yaxşısı 15-16 kilo olan vaxtlarıdı"-deyə bazar haqda məlumat verib.

Bazarda alıcı az gözə dəysədə Şəmkirdən gələn satıcı Samir Nuriyev xırdabuynuzlu heyvan bazarında alverdən şikayətlənməyib:

"Qiymətlər normaldı, satana da alana da. Bazar başlayandan 15 baş quzu satmışam. Əsasən 180-190, bahasını 220 manata vermişəm. Allah bərəkət versin, yaxşdı, dolanma var".

S.Nuriyev diri halda quzunu təxminən 10,5, 11 manata, qəssabların isə onu kəsərək 11,5- 12 manata satdıqlarnı bildirib.

 Tovuzda mal bazarı
© Sputnik / Ilham Mustafa
Tovuzda mal bazarı

Heyvan bazarının irubuynuzlu heyvanlar hissəsində isə vəziyyət fərqlidir. Burada heyvanlarını satmağa gətirən fermerlər qiymətlərin aşağı və alverin olmamasından narazıdırlar. Onlar südlük malın satışının demək olar dayandığını bildirirlər. Bunu isə alıcı və satıcılar müxtəlif səbəblərdən izah edirlər.

Bərdədən satmağa inək gətirən        Elşən Abbasov bu halı yayın qızmar çağında alıcıların risk etmək istəməməsilə əlaqələndirib:

"Bazar çox zəifdi. Alıcı demək olar ki yoxdu. İki baş inək gətirmişəm, sata bilməmişəm. Belə fikirləşirəm ki, istilərlə bağlıdı. İribuynuzlu malların içərisində qızdırma çoxdu, ona görə də camaat risq edib ala bilmir, qorxur. Qışdan bura südlük malın qiymətində 200-300 manat eniş var"-deyə fikrini izah edib.

Qazaxdan satmağa inək gətirən Rafiq Qocayev isə heyvanlarını satsada qiymətin qane etmədiyini deyib:

 Tovuzda mal bazarı
© Sputnik / Ilham Mustafa
Tovuzda mal bazarı

"İnək satmağa gəlmişdim. Satdım, amma qane eləmir.Yemə ota baxanda çox ucuzdu. Əvvəl 3 manata aldığımız kəpəyin torbası indi 5 manatdan bahadır. Taxıl 40-50 qəpikdi, qışda otun bağlaması 4 manata qalxır, ona görə mal saxlamaq çox çətinləşib"

Fermer Hikmət Səmədov isə alıcılığın zəifliyini təsarrüfatçıların əkin-biçin, ot tədarükü işlərnə başlarının qarışdığını, nəticədə bazara gələnlərin az olmasilə izah edib.

Müsahiblərin dediklərinə əsasən bazardakı qiymətləri müqayisə etdikdə diri halda satılan irubuynuzlu heyvanın ətinin 7-8 manat, xırdabuynuzluda isə elə ət bazarındaki kimi 9-11 manat arası dəyişdiyi görünür. Satıcılar isə qiymətlərin hələ sentyabra qədər belə qalacağını düşünür.

3935
Termometr, arxiv şəkli

Pnevmoniya, qrip, zökəm infeksiyalardan qorunmaq üçün ...

32
Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

BAKI, 4 avqust — Sputnik. Ekspertlərin fikrincə, D vitamini sağlamlıq üçün çox əhəmiyyətlidir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, D vitamini orqanizmin müdafiə sistemi ilə əlaqəlidir.

Həkimlərin fikrincə, D vitamini çatışmazlığı çox zaman qəbul edilməyən və ya stressin, yorğunluğun əlaməti kimi qəbul edilən əlamətlərlə özünü göstərir.

D vitamini çatışmazlığının əsas əlamətlərindən biri sümüklərin ağrıması, oynaqlarda iltihabi proseslərin yaranmasıdır.

Eyni zamanda D vitamni çatışmazlığı zamanı qrip, pnevmoniya, zökəm və digər infeksiyalara yoluxma riski artmış olur.

D vitamni çatışmazlığının digər əlamətləri daimi yorğunluq hissi, depressiv əhval, yaraların gec sağalması, əzələlərdə ağrı, saçın tökülməsi və s. var.

Mütəxəssislərin fikrincə, tələb edilən qədər vitamin almaq çox asandır.

Məsələn, qida rasionuna dəniz məhsulları, göbələk, yumurta və pendir daxil etməklə D vitamini qəbul etmək mümkündür.

Eyni zamanda açıq havada idmanla məşğul olmaq da faydalıdır.

Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

32
 Bakıda çimərlik, arxiv şəkli

Çimərliklərdə monitorinq - harda çimə biləcəyinizi açıqladılar

53
Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

BAKI, 4 avqust — Sputnik. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə, Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.

53