Gəmilər, arxiv şəkli

Xəzərdəki gəmilərə xəbərdarlıq edildi

25
(Yenilənib 17:46 05.08.2019)
Səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar

BAKI, 5 avqust — Sputnik. Hazırda Xəzər dənizi akvatoriyasında müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasına aid bütün gəmilərə xəbərdarlıq göndərilib.

Xəzər dənizində gəmilər, arxiv şəkli
© Sputnik / Murad Orujov

Bu barədə Sputnik Azərbaycan-a qurumun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb. Bundan başqa, qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

25
Teqlər:
xəbərdarlıq, külək, gəmi, Xəzər dənizi
Əlaqədar
“Güclü küləyin fəsadlarının qarşısını almaq üçün tədbirlər görülür” – Azərişıq
Külək paytaxtda ciddi fəsadlara səbəb olub - 8 müraciət daxil olub
Bu gün çox diqqətli olun - Umayra Tağıyevadan hava ilə bağlı xəbərdarlıq
Hərbi hissədə andiçmə mərasimi, arxiv şəkli

Nazirlik: Valideynlərin andiçmə mərasimində iştirakı qadağandır

0
(Yenilənib 17:37 06.08.2020)
Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin andiçmə mərasimlərində iştirakı qadağandır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.

"Vətəndaşlarımızdan bu qərara anlayışla yanaşmağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik", - nazirlikdən bildirilib.

0
Bakıda tibb işçiçiləri, arxiv şəkli

Koronavirusa yoluxmanın ən çox müşahidə olunduğu ərəfə açıqlandı

2
(Yenilənib 17:33 06.08.2020)
29 iyun - 5 iyul tarixlərində COVID-19-a yoluxmada rəqəmlər yüksək olub. Həmin ərəfədə 52 nəfər COVID-19-dan vəfat edib.

 

BAKI, 6 avqust — Sputnik. Azərbaycanda COVID-19-a yoluxma üzrə dinamikanın həftələr üzrə statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az-a istinadən xəbərinə görə, ən çox yoluxma qadınlar arasında qeydə alınıb. Belə ki, ümumi yoluxanların 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edib.

29 iyun-5 iyul tarixlərində 3 900 nəfər yoluxub, 2716 nəfər sağalıb, 52 nəfər dünyasını dəyişib

6-12 iyul tarixlərində 3 717 nəfər yoluxub, 3 351 nəfər sağalıb, 56 nəfər dünyasını dəyişib

13-19 iyul tarixlərində 3 480 nəfər yoluxub, 3 874 nəfər sağalıb, 48 nəfər dünyasını dəyişib

20-26 iyul tarixlərində 2 529 nəfər yoluxub, 3 717 nəfər sağalıb, 63 nəfər dünyasını dəyişib

27-2 avqust tarixlərində 2 393 nəfər yoluxub, 4 429 nəfər sağalıb, 45 nəfər dünyasını dəyişib.

2
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda koronavirus geriləyir: sağalanların sayı 435 oldu
İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir
Vaksin burdaymış! Bizi koronavirusdan barama qurdu xilas edə bilər
Koronavirusa görə hamı ona qaçır, amma təhlükəsini unutmuşuq?