Лаборатория

Ölkəyə təhlükəli xəstəlik qayıdıb Hər birimiz diqqətli olmağa məcburuq

1112
(Yenilənib 13:46 24.07.2019)
Xəstəlik bütün regionlarda yayılıb, artıq həyəcan təbili çalmaq zamanıdır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Azərbaycanın bütün regionlarında brusellyoz xəstəliyinin yayılmasının rəsmi olaraq təsdiqlənməsi, ölkə əhalisi arasında bu xəstəliyə yoluxma ilə bağlı təşviş yaradıb. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nigar Səfi mətbuata açıqlamasında xəstə heyvanlarının sayının artmasını vaksinasiya olmamış heyvanların bazara çıxarılması ilə izah edib. Onun sözlərinə görə, əvvəllər xəstəliyə tutulmuş heyvanlar təsərrüfatlardan uzaqlaşdırılardı, indi isə fermerlər bunu etmirlər, son nəticədə də brusellyoz xəstəliyinin miqyası genişlənir.

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda heyvanlar arasında yoluxucu xəstəliklərin yayılması narahatedici faktdır: “Ölkəmizdə heyvanlar arasında xəstəliklərin yayılması artıq beynəlxalq təşkilatları da narahat edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi üzrə layihənin həyata keçirilməsinə başlayır.  Bu layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən təsbiti üçün Azərbaycanın müvafiq qurumlarının potensialının artırılmasıdır. Milli Referans Laboratoriyası və 6 regional sınaq laboratoriyasının əməkdaşları, bir sıra özəl və dövlət orqanlarında fəaliyyət göstərən baytarlar bu sahədə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə keçiriləcək xüsusi təlimlərə cəlb ediləcəklər. 2020-ci ilədək nəzərdə tutulan layihə FAO tərəfindən maliyyələşdiriləcək. Düşünürəm ki, bu layihənin həyata keçirilməsi ölkədə insan və heyvan sağlamlığı ilə bağlı məsələyə böyük töhfə verəcək. Layihə heyvanlar arasında brusellyoz xəstəliyinin yayılmasının da qarşısını alacaq”.

E. Hüseynovun sözlərinə görə, heyvanlar arasında yayılmış brusellyoz xəstəliyini önləmək üçün görülən işlər səmərə verənədək, aidiyyatı qurumlar bu məsələdə diqqətli olmaldırlar: “Bazara çıxardılan ət və süd məhsulları diqqətlə yoxlanılmalıdır. Bu işdə baytarların üzərinə ciddi məsuliyyət düşür. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi baytar nəzarətindən kənar ət və süd məhsullarının satışının qarşısını almalıdır ki, brusellyoz xəstəliyinin heyvanlar arasında olduğu kimi, insanlar arasında da yayılmasın”.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında  əhalini ehtiyatlı davranmağa səsləyib. Həmsöhbətimiz deyir ki, hazırda satışda baytar nəzarətindən kənar ət və süd məhsullarının satışı hallarına rast gəlinir: “Odur ki, insanlar ət və südü yaxşı qaynatmamış yeməsinlər. Qaynama zamanı ət və süd məhsullarında brusellyoz infeksiyası olduğu təqdirdə belə insan orqanizminə yoluxmur”.

Bundan əlavə, İ. Ağayev bildirir ki, insanlar hər yoldan ötəndən qatıq alıb yeməkdən çəkinsinlər. Baş epidemioloq hazırda insanlar arasında brusellyoz xəstəliyinə rast gəlindiyini söyləyib.

Qeyd edək ki, brusellyoz kənd təsərrüfatı və vəhşi heyvanların, eləcə də insanların xronik gedişli yoluxucu xəstəliyidir. Törədicisi Brusella cinsindən olan bakteriyalardır. Bunların məlum olan 6 növündən 4-ü kənd təsərrüfatı heyvanlarında xəstəlik törədir. İnsanlar üçün daha təhlükəli Brusella melitensis növü sayılır.

1112
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müdafiə Nazirliyi: "Azərbaycan tərəfinin hücum cəhdi olmayıb"

6
Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.

BAKI, 30 oktyabr — Sputnik. Bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb. Bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

6
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanda tədris ilinin müddəti azaldılmayacaq

4
(Yenilənib 11:40 30.10.2020)
Nazir onu da bildirib ki, bu il tətillər bu və digər formada kompensasiya ediləcək: "Prosesin ortasındayıq və bu barədə qərar vermək çətindir. Proses bitdikdən sonra qiymətləndirmə aparılacaq".

BAKI, 30 oktyabr — Sputnik. "Pandemiya və hərbi vəziyyətdə koronavirusa yoluxmalarda artım müşahidə olunur. Daha çox ictimai yerlərdə, ailə daxilində yoluxmalar çox artıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, dövlət müəssiələrində işçi sayının 30 faiz həddində azaldılması məhz koronavirusun yayılmasının qarşısını almağa yönəlib: "Hər kəsin qaydalara uyğun davranması ümumi nəticələrə təsir edir. Bu bir fərdin, bir şəxsin qaydalara riayət etməsindən, maska taxmasından, gigiyenik qaydalara riayət etməsindən asılı deyil. Ona görə də hazırda cəmiyyətimizin üz-üzə qaldığı, xalqımız üçün şanlı bir dövrdə hər bir vətəndaşımızın qarşımızda duran milli maraqlara nail olmaq baxımından qoyulmuş qaydalara riayət etməkdir".

Nazir onu da bildirib ki, bu il tətillər bu və digər formada kompensasiya ediləcək. Onun sözlərinə görə, tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur: "Prosesin ortasındayıq və bu barədə qərar vermək çətindir. Proses bitdikdən sonra qiymətləndirmə aparılacaq".

4