Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Koreyanı təşvişə salan uçuş detallarını açıqladı

© Sputnik / Mediabanka keçidТурбовинтовые стратегические бомбардировщики-ракетоносцы Ту-95МС
Турбовинтовые стратегические бомбардировщики-ракетоносцы Ту-95МС - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar qeyri-peşəkar manevrlər həyata keçiriblər

BAKI, 23 iyul — Sputnik. Rusiya Müdafiə Nazirliyi bu ölkənin Hava Kosmik Qüvvələrinin məxsus təyyarələrinin Cənubi Koreyanın hava məkanını pozmasına dair məlumatları təkzib edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, "Tu-95MS" tipli iki bombardmançı təyyarə Yapon dənizində neytral sularda planlı uçuş həyata keçirib.

"Tokto (Takesima) adaları ərazisində Rusiya təyyarələrinə Cənubi Koreyaya məxsus iki "F-16" tipli qırıcı yaxınlaşaraq onların hərəkət etdiyi kursa daxil olub və onların təhlükəsizliyinə təhdid yaradaraq qeyri-peşəkar manevrlər həyata keçirib", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Многоцелевые истребители Су-35 - Sputnik Azərbaycan
Türkiyənin təyyarə istəyi - Dəyişən hərflərdir, rəqəmlər qalır

Rusiya Müdafiə Nazirliyindən qeyd olunub ki, Cənubi Koreyadan olan pilotlar Rusiya təyyarələri ilə əlaqəyə daxil olmayıb, daha sonra istilik raketləri ilə atış açıb və oradan aralanıblar.

Nazirlikdən vurğulanıb ki, Rusiya təyyarələri uçuşu beynəlxalq normalara uyğun həyata keçirib. Bombardmançı təyyarələr Tokto adasından 25 kilometr aralıda uçublar və uçuş planından kənara çıxmayıblar.

Qeyd edək ki, daha əvvəl "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinə istinadən məlumat yayıb ki, Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarəsi Cənubi Koreyanın hava məkanını iki dəfə pozub.

Agentlik bildirir ki, hava məkanının pozulmasına cavab olaraq Cənubi Koreyanın Hərbi Hava Qüvvələrinin qırıcıları xəbərdarlıq atəşi açıblar.

Hadisə Yapon dənizində yerləşən Tokto adaları yaxınlığında baş verib. Həmin adalar Koreya ilə Yaponiya arasında mübahisəli ərazi sayılır.

Xəbər lenti
0