Təbii fəlakət, arxiv şəkli

Güclü yağıntı onlarla insanın canını aldı

52
(Yenilənib 14:53 21.07.2019)
Əvvəl 30 nəfərin öldüyü deyilirdi, indi rəqəm 2 dəfə artıb

BAKI, 21 iyul — Sputnik. Hindistanın Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Sputnik Azərbaycan-ın "NDTV" telekanalına istinadən verdiyi məlumata görə, güclü yağışların səbəb olduğu daşqınlarda 62 nəfər həlak olub. Daha əvvəl 30 nəfərin öldüyü bildirilirdi.

Qeyd edilir ki, 5,7 milyona yaxın insan daşqınlar zonasındadır. Daşqınların daha intensiv olduğu ərazilərdən 151 mindən artıq insan təxliyə edilib.

52