Ərdoğana gözlənilməz zərbə, Avropa da Ankaranı məhşər ayağına çəkir

© AFP 2023 / OZAN KOSEФлаги Турции и Евросоюза, фото из архива
Флаги Турции и Евросоюза, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İclas zamanı İranın nüvə proqramına xüsusi diqqət ayrılacaq

BAKI, 15 iyul — Sputnik. Bu gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Brüsseldə baş tutacaq iclas zamanı bir sıra məsələlərlə yanaşı, İranın nüvə proqramı, həmçinin Türkiyənin Aralıq dənizində qaz yataqlarının axtarışı üzrə addımlarını da müzakirə edəcəklər.

İclas zamanı İranın nüvə proqramına xüsusi diqqət ayrılacaq. Nəşr yazır ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri hər hansı formada uranın zənginləşdirilməsi ilə bağlı nüvə razılaşmasını pozan İranı dəstəkləyə bilərlər.

Зенитные ракетные системы С-400 во время репетиции парада Победы на военном полигоне Алабино - Sputnik Azərbaycan
"Türkiyə ilk qaranquş idi" - Rusiya "S-400"lərə yeni müştərilər tapıb

Rəsmi Tehran tərəfindən uranın zənginləşdirilməsi və dəstək tələbləri ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra səslənməyə başlanıb.

Xarici İşlər nazirləri eyni zamanda Türkiyənin Kiprə məxsus ərazi sularında qaz hasilatı aparan Türkiyənin addımlarına cavab tədbirlərini də müzakirə edəcək. Brüssel Aİ-yə üzvlüyə namizəd kimi Ankaranın əldə etdiyi maliyyələşməni azalda bilər.

Qeyd edək ki, Türkiyənin "Fatih" kəşfiyyat-qazma gəmisi Aralıq dənizindəki "Finike-1" adlı sahədə əməliyyat aparır. Yunanıstan və Cənubi Kipr yunan rəhbərliyinin Kipr adasının su sahəsində Türkiyənin kəşfiyyat-qazma işləri aparmasına etiraz etməsi rəsmi Ankaranın ciddi müqavimətinə səbəb olub.

Türkiyə tərəfi əsaslandırır ki, Kiprin karbohidrogen ehtiyatlarından bəhrələnmək adanın türk və yunan icmalarının bərabər hüququdur. Bu hüquq beynəlxalq konvensiyalar əsasında müəyyən olunub.

Ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aralıq dənizinin şərqindəki proseslərə toxunub: "Hazırda qazma gəmilərimiz kəşfiyyat və axtarış işləri ilə koordinasiyalı olaraq öz yol xəritəsi çərçivəsində prosesi davam etdirir. Bu barədə sağdan-soldan bəzi narahatedici səslər çıxa bilər, amma bu səslərin heç birinin bizi yolumuzdan döndərməyəcəyini daha əvvəl də söyləmişdik. Bu gün də eyni nöqtədəyəm, eyni şeyləri deyirəm".

Xəbər lenti
0