Ermənistan və Rusiya xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Sergey Lavrov Slovakiyada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində görüş keçiriblər

Lavrov Mnatsakanyan Qarabağı müzakirə edib

21
(Yenilənib 18:12 09.07.2019)
Slovakiyada nazirlər görüş keçiriblər

BAKI, 9 iyul — Sputnik. Ermənistan və Rusiya xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Sergey Lavrov Slovakiyanın Vısoke - Tatrı şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində görüş keçiriblər. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, görüş zaman nazirlər müttəfiqlik gündəliyində olan məsələləri, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan əlavə, xarici işlər nazirləri həmçinin regional və beynəlxalq gündəlikdə olan aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Mnatsakanyan və Lavrov Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər.

21
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müdafiə Nazirliyi: "Azərbaycan tərəfinin hücum cəhdi olmayıb"

0
Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.

BAKI, 30 oktyabr — Sputnik. Bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb. Bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanda tədris ilinin müddəti azaldılmayacaq

2
(Yenilənib 11:40 30.10.2020)
Nazir onu da bildirib ki, bu il tətillər bu və digər formada kompensasiya ediləcək: "Prosesin ortasındayıq və bu barədə qərar vermək çətindir. Proses bitdikdən sonra qiymətləndirmə aparılacaq".

BAKI, 30 oktyabr — Sputnik. "Pandemiya və hərbi vəziyyətdə koronavirusa yoluxmalarda artım müşahidə olunur. Daha çox ictimai yerlərdə, ailə daxilində yoluxmalar çox artıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, dövlət müəssiələrində işçi sayının 30 faiz həddində azaldılması məhz koronavirusun yayılmasının qarşısını almağa yönəlib: "Hər kəsin qaydalara uyğun davranması ümumi nəticələrə təsir edir. Bu bir fərdin, bir şəxsin qaydalara riayət etməsindən, maska taxmasından, gigiyenik qaydalara riayət etməsindən asılı deyil. Ona görə də hazırda cəmiyyətimizin üz-üzə qaldığı, xalqımız üçün şanlı bir dövrdə hər bir vətəndaşımızın qarşımızda duran milli maraqlara nail olmaq baxımından qoyulmuş qaydalara riayət etməkdir".

Nazir onu da bildirib ki, bu il tətillər bu və digər formada kompensasiya ediləcək. Onun sözlərinə görə, tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur: "Prosesin ortasındayıq və bu barədə qərar vermək çətindir. Proses bitdikdən sonra qiymətləndirmə aparılacaq".

2