KTMT-nın sədri vəzifələrini icra edən Valeriy Semerikov

Qarabağ münaqişəsi Qafqazda əlavə gərginlik yaradır

71
(Yenilənib 19:30 04.07.2019)
NATO-nun Şərqi Avropada, Rusiya və Belarus yaxınlığında hərbi əməliyyatlarının sayının artması bizi narahat edir

BAKI, 5 iyul — Sputnik. Dünyada və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət daşdığı zonada hərbi-siyasi vəziyyət qurumda qəbul olunan qərarlara əhəmiyyətli təsir edir. Sputnik Ermənistan xəbər verir ki, bunu KTMT-nın sədri vəzifələrini icra edən Valeriy Semerikov bildirib.

Onun sözlərinə görə, bu gün təşkilata üzv ölkələrin diqqət mərkəzində dünya və regional təhlükəsizlik, Əfqanıstandakı vəziyyət və onun Mərkəzi Asiyaya təsiri məsələləri dayanıb.

"Qarabağ münaqişəsinin nizamlanmaması, Gürcüstan ərazisində baş verənlərlə bağlı Qafqaz istiqamətində də gərginlik qalır" - deyə Semerikov vurğulayıb.

KTMT-nı, həmçinin NATO-nun Şərqi Avropada, Rusiya və Belarus yaxınlığında hərbi əməliyyatlarının sayının artması da narahat edir. Semerikovun sözlərinə görə, Bişkekdə bu ilin may ayında təşkilata üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası zamanı mövcud təhdid və çağırışların neytrallaşdırılması istiqamətində qərarlar qəbul edib.

71