Ermənistanın Baş Naziri Nikol Paşinyan, arxiv şəkli

Paşinyan yenə çaşdı, Qarabağın azərbaycanlı icmasını...

419
Onları artıq danışıqlar prosesində Azərbaycan prezidenti təmsil edir

BAKI, 15 iyun — Sputnik. Qarabağın azərbaycanlı icması artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak edir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan "Şant" telekanalına müsahibəsində bildirib.

"Mən həmişə demişəm ki, mən Ermənistan adından danışıqlar apara bilərəm, "Dağlıq Qarabağ Respublikası"nın adından danışıqlar apara bilmərəm. Çünki mən nə oranın "prezidenti"yəm, nə də Qarabağ xalqı tərəfindən seçilmişəm. Qarabağı onun seçdiyi şəxs təmsil etməlidir", - deyə Paşinyan vurğulayıb.

Qarabağın azərbaycanlı icmasına gəldikdə isə Paşinyan qeyd edib ki, onu artıq danışıqlar prosesində Azərbaycan prezidenti təmsil edir. Onların hamısı istisnasız Azərbaycan vətəndaşlarıdır. Onlar seçkilərdə iştirak edirlər. Bu gün onlar artıq danışıqlar masasında təmsil olunublar, çünki İlham Əliyevi prezident seçməklə onu danışıqlar prosesində səlahiyyətləndiriblər".

Qeyd edək ki, daha əvvəl ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri regiona səfərləri zamanı mayın 30-u Qarabağın azərbaycanlı icmasının sədri ilə görüşüblər.

419
Teqlər:
Qarabağ münaqişəsi, siyasət, Ermənistan, Azərbaycan, Qarabağ