Nikol Paşinyan və Bako Saakyan

Böhran dərinləşir - Paşinyan Saakyanın pulunu kəsdi

1447
(Yenilənib 14:29 11.06.2019)
Nəşrin mənbələri yaranmış vəziyyəti Ermənistanın "Dağlıq Qarabağ"a sanksiyaların tətbiqinə dair ilk hal adlandırıb

BAKI, 11 iyun - Sputnik. Nikol Paşinyan hökuməti Dağlıq Qarabağ separatçılarının maliyyə köməkliyi barədə xahişini rədd edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Politik" nəşri məlumat yayıb.

Məlumata əsasən, Yerevan rəhbərliyi maliyyə köməkliyi qarşılığında qondarma "Dağlıq Qarabağ Respublikası"nın "təhlükəsizlik şurasının sədri" Vitali Balasanyanın istefaya göndərilməsini tələb edib.

Erməni nəşri yazır ki, rəsmi Yerevan artıq iki aydır ki Dağlıq Qarabağ separatçılarının maliyyə köməkliyi barədə xahişini rədd edir. Nəşrin mənbələri yaranmış vəziyyəti Ermənistanın "Dağlıq Qarabağa" sanksiyaların tətbiqinə dair ilk hal adlandırıb.

Qeyd edək ki, daha əvvəl Qarabağ separatçılarının lideri Bako Saakyan Balasanyanla görüşüb və onu istefaya getməyi təklif edib. Saakyan Balasanyana izah edib ki, onun istefasını Ermənistan rəhbərliyi tələb edib.

1447
Əlaqədar
Çətin vəziyyətə düşən Paşinyan Qarabağ klanına müraciət etdi