CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Bizim həyət” layihəsi Bakının bütün rayonlarında həyata keçiriləcək

© © IDEA İctimai Birliyinin mətbuat xidməti“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib - Sputnik Azərbaycan
Abunə olmaq
Nizami rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi üçüncü həyətdir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. IDEA İctimai Birliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsinə 2017-ci ilin dekabr ayından start verilib. Keçən müddət ərzində paytaxtın müxtəlif rayonlarında 23 həyətdə abadlıq işləri görülüb.

İDEA İctimai Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Bizim Həyət" layihələri Nəsimi rayonu - Hüseyn Seyidzadə küçəsi, Səbayıl rayonu - Abbasqulu Abbaszadə küçəsi, Qaradağ rayonu - Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, Nizami rayonu - Məmməd Xəlil Şərifli, Nizami rayonu - Şirin Mirzəyev küçələri, Binəqədi rayonu - Azadlıq prospekti 186, 188 və 194 saylı binalar və digər rayonlarda salınıb.

Qeyd edilib ki, "Bizim həyət" layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Вскапывание земли, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Zaqatala sakininin həyətindən naməlum skelet tapılıb - FOTOLAR

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə mini futbol meydançaları, şahmat meydançaları, idman qurğuları, uşaqlar üçün oyun meydançası, söhbətgah və oturacaqlar quraşdırılıb.

Bununla yanaşı layihə çərçivəsində yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq ağaclar əkilib və yaşıllıq zolağı salınıb.

"Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır" – deyə bildirilib.

Qeyd edək ki, Nizami rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi üçüncü həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur: "Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur".

Xəbər lenti
0