Tünzalə Əliyeva

"Toppuş bacı" danışdı: "Ehtimal ki, kimyaterapiyaya başlayacağam"

80
(Yenilənib 19:05 14.05.2019)
Tünzalə Əliyeva: "Nə edək, belə oldu, yenə də həkimə gedəcəm"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. Bir müddət öncə Sputnik Azərbaycan-ın "XərçəngSiz" layihəsinin qonağı olan Əməkdar artist, tanınmış aktrisa Tünzalə Əliyeva ("Toppuş bacı") bu xəstəliklə necə mübarizə aparmasından və müayinələrindən söz açmışdı. O bildirmişdi ki, bundan öncəki ilk müayinədə heç bir şübhə aşkarlanmasa da, ikinci müayinədə, yəni MRT-nin nəticələrində müəyyən şübhələr ortaya çıxıb.

Aktrisanın xəstəliyi ilə bağlı müəyyən nəticələr bəlli olub. Sputnik Azərbaycan-a açıqlama verən Tünzalə Əliyeva bu haqda danışıb: "Nə edək, belə oldu. Yenə də həkimə gedəcəm. Bəzi şeylər dəqiqləşəcək. Onda biləcəyəm ki, artıq nə var, nə yox. Ehtimal ki, sabahdan kimyaterapiyaya başlayacağam".

Xatırladaq ki, bundan öncə aktrisanın limfalarında bədxassəli şiş aşkarlanmışdı.

80
Teqlər:
"Toppuş bacı", əməkdar artist Tünzalə Əliyeva, aktrisa, xərçəng
Əlaqədar
Xərçəngdən qorunmaq üçün bəzi qidaları artırın
"İtlər də insanlar kimi xərçəngdən, təzyiqdən, şəkərdən əziyyət çəkir"
Xərçənglə bağlı daha bir sirr çözüldü
Xərçəngdən ölümün qarşısını almağın yolu tapıldı