Whatsapp

Hakerlər "WhatsApp" üzərindən telefonlara casus proqramları yerləşdirib

70
(Yenilənib 13:40 14.05.2019)
"WhatsApp" kiber hücumun seçilmiş bir qrup istifadəçini hədəf aldığını bildirib

BAKI, 14 may — Sputnik. Hakerlərin "WhatsApp" üzərindən telefonlara casus proqramları yerləşdirdiyi ortaya çıxıb. Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, "WhatsApp" məsələ ilə bağlı açıqlama verib və kiber hücumun seçilmiş bir qrup istifadəçini hədəf aldığını bildirib.

Şirkət bu hücumun arxasında inkişaf etmiş bir kiber oyunçunun olduğunu açıqlayıb.

"Financial Times" qəzetinin xəbərinə əsasən, kiber hücum İsrailin təhlükəsizlik şirkəti olan "NSO Group"a məxsus bir proqram ilə həyata keçirilib.

Ukrayna prezidenti Pyotr Poroşenko və Silahlı Qüvvlərin Baş Qərargahının rəisi Viktor Mujenko
Пресс-служба президента Украины

Bununla bağlı "WhatsApp" 1.5 milyard istifadəçidən bu tətbiqi yeniləməyi istəyib.

Kiber hücumun bu ayın əvvəlində ilk dəfə aşkar edildiyi bildirilib. Kiber təcavüzkarlar "WhatsApp"ın səsli çağırış imkanından istifadə edib və müxtəlif şəxslərə zəng ediblər. Şəxs zəngə cavab verməsə belə, casus proqramı telefona yerləşdirilib. Sonra bu zənglər telefona gələn zənglər siyahısından silinib.

İsrail şirkəti hadisə ilə əlaqədar açıqlama verib: "NSO texnologiyasından dövlət təşkilatlarının istifadəsi, yalnız cinayət və terrorla mübarizə üçün icazə verilir. NSO özü bu texnologiyandan istifadə etmir. Çox ciddi lisenziyalaşdırma proseslərindən sonra təhlükəsizlik və kəşfiyyat qurumlarının istifadəsinə verilib".

"WhatsApp" şirkəti kiber hücumda kimlərin hədəf alındığını müəyyən etmək üçün zamana ehtiyac olduğunu açıqlayıb.

Qeyd edək ki, "WhatsApp"ın 1.5 milyard istifadəçisi var.

70
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

4
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

4
Moskva şəhərinə mənzərə, arxiv şəkli

Rusiyada evləri yoxlamağa başlayacaqlar

4
(Yenilənib 00:34 22.01.2021)
Mənzili ziyarət etməzdən əvvəl kirayəçilərə müfəttişlərin dəqiq gəliş tarixini göstərən poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş iki dəfə göndərilə bilər.

BAKI, 22 yanvar — Sputnik. Rusiyada qeyri-qanuni yenidənqurma işlərini aşkarlamaq üçün mənzillər kütləvi şəkildə yoxlanılacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, mənzil müfəttişləri tərtibatdakı razılaşdırılmamış dəyişikliklərlə maraqlanırlar. Təkcə otaqları və ya əlavə olaraq boruları genişləndirmək üçün yıxılan divarlara diqqət yetirilmir. Müfəttişlik həmçinin mətbəxin qaz sobası ilə təchiz olunmasına görə, qapının çıxarılması üçün də cərimə kəsə bilər.

Mənzili ziyarət etməzdən əvvəl kirayəçilərə müfəttişlərin dəqiq gəliş tarixini göstərən poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş iki dəfə göndərilə bilər.

Buna fikir verməsəniz, nəzarətçilər məhkəməyə müraciət edəcək və məhkəmə icraçıları ilə birlikdə mənzilə gələcəklər.

Texniki tələblərə cavab verən yaşayış dəyişiklikləri reyestrə daxil edilir. Məhkəmənin qərarı ilə mənzildə olan qeyri-qanuni dəyişikliklər aradan qaldırılmalıdır.

Ekspertlərin fikrincə, genişmiqyaslı yoxlamalar fırıldaqçıların da artmasına səbəb olacaq.

4