Sürücülərə xəbərdarlıq olunur

© Azerbaijan Highway State AgencyДорожные службы отремонтировали пять улиц Ясамала, еще пять на очереди
Дорожные службы отремонтировали пять улиц Ясамала, еще пять на очереди - Sputnik Azərbaycan
Abunə olmaq
İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək

BAKI, 13 may — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bayraq meydanı ərazisindən başlayaraq 120-ci km-lik hissəsinədək nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan başqa Bakı şəhəri, Xəqani və Səməd Vurğun küçələrində, həmçinin Bakı Dəmiryolu Vağzalının qarşısında üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək. Bu səbəbdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0