ABŞ və Azərbaycan bayraqları

ABŞ-da ölkəmizə dair mühüm qərar qəbul edilib

612
(Yenilənib 10:47 13.05.2019)
Qərar Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilib

BAKI, 13 may — Sputnik. ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 28 may tarixini "Azərbaycan Milli Günü" elan edib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Şəhər meri Kristina Shea (Christina Shea) tərəfindən müvafiq bəyannamə imzalanıb. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilib.

Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunub.

Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi diqqətə çatdırılıb.

Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə "Azərbaycan Milli Günü" elan edilib.

612
Teqlər:
qərar, Azərbaycan, 28 may, Kaliforniya, ABŞ
Əlaqədar
Əli Həsənov: "ABŞ-da Azərbaycanla bağlı yayılan məlumat saxtadır"
ABŞ Türkmənistan qazının Azərbaycandan nəqlinə “hə” dedi
ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində möhkəm əlaqələrin təməli atılır