Prezident İlham Əliyev Heydər Əliyevin portretinin qarşısında

Prezident İlham Əliyev videoçarx paylaşıb

183
(Yenilənib 14:03 10.05.2019)
Videoçarxın başlığı "10 may" adlanır

BAKI, 10 may — Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş videoçarx paylaşılıb. Sputnik Azərbaycan xəbər verir ki, videoçarxın başlığı "10 may" adlanır.

Xatırladaq ki, bu gün ulu öndərin anadan olmasının 96-cı ildönümüdür.

183
Teqlər:
may, Heydər Əliyev, İlham Əliyev
Əlaqədar
Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Tərtər rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Ermənistan SQ Tərtər şəhərini yenə atəşə tutub

1
(Yenilənib 16:24 26.10.2020)
Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini toplardan atəşə tutub.

BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 26-sı saat 15:30-da Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini toplardan atəşə tutub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 26-sı səhər 8:00-dan etibarən Ermənistan ordusu Azərbaycanın Ağdam, Tərtər, Laçının Səfiyan kəndi, Füzuli, Daşkəsən, Tovuz, Ağcabədi rayonlarının yaşayış məntəqələrini atəşə tutur. Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub. 10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir. Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər.

Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

1
Əlaqədar
MN: Tərtər və Bərdə atəşə tutulur
Tərtər rayonu yenə də atəşə tutulub
Dinclik verməyən atəşkəs səhəri: Tərtər artilleriya zərbələrinə tuş gəldi - VİDEO
MN: Tərtər rayonu yenə də atəşə tutulur
Rusiya Prezidenti Vladimir Putin

Putin Avropanın təhlükəsizliyi üçün yeni təhdidlərdən danışdı

7
(Yenilənib 15:49 26.10.2020)
Rusiya lideri, həmçinin regional və qlobal sabitliyin möhkəmlənməsi üçün inamsızlıq defisitinin azaldılması üzrə aktiv səylərə də ehtiyacın olduğunu bildirib

BAKI, 26 oktyabr — Sputnik. Rusiya-NATO xətti üzrə gərginliyin azalmaması nəzərə alındıqda ümumavropa təhlükəsizliyi üçün yeni təhdidlər aşkardır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Rusiya prezidenti Orta və Yaxın mənzilli raketlərə dair Müqavilə barədə bəyanatla çıxış edib və Avropada gərginliyin azaldılması üzrə tədbirlər təklif edib.

"Rusiya Federasiyası Orta və Yaxın mənzilli raketlərə dair Müqaviləni beynəlxalq təhlükəsizlik və strateji sabitliyin təmin olunması üzrə arxitekturanın vacib bir elementi olduğuna inanmağa davam edir. Bu müqavilə Avropa məkanında raket sahəsində proqnozlaşdırıla bilmə və təmkinliyin saxlanılmasında xüsusi rol oynayıb", - deyə Putin qeyd edib.

O, eyni zamanda NATO tərəfindən də qarşılıqlı addımlar atılması şərti ilə rəsmi Moskvanın Rusiya Federasiyasının Avropa hissəsində 9М729 raketlərini yerləşdirməməyə hazır olduğunu da bildirib.

Rusiya lideri, həmçinin regional və qlobal sabitliyin möhkəmlənməsi üçün inamsızlıq defisitinin azaldılması üzrə aktiv səylərə də ehtiyacın olduğunu bildirib.

7