Bulvarda gəzişən insanlar

Vətəndaşlara 11 may xəbərdarlığı

371
(Yenilənib 13:12 10.05.2019)
Bakı və Abşeron yarımadasının sakinləri xüsusilə ehtiyatlı olsunlar

BAKI, 10 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, gecə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, hava gündüz dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında mayın 11-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteorolji proqnoza gəlincə: Mayın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və əsasən, rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

371
Teqlər:
gündüz, gecə, hava, yağış, Abşeron yarımadası, Bakı
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

5
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

5
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində, arxiv şəkli

Sosial reabilitasiya müəssisəsinə qəbul olunanlar arasında xeyli uşaq var

14
(Yenilənib 23:47 02.12.2020)
Sosial reabilitasiya müəssisəsində hazırda 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. 2020-ci il noyabr ayı ərzində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi"nə 23 sakin qəbul olunub.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olan məlumatda bildirilir.

Orada qurumun son aylardakı fəaliyyəti ilə bağlı qeyd olunur ki, müəssisəyə qəbul edilən 23 nəfərdən 7-si uşaq, 16-ı isə 18 yaşdan yuxarı olanlardır. Qəbul olunan yeni sakinlərin 12-si qadın, 11-i isə kişi cinsinə mənsubdur.

Məlumatda bildirilir ki, hazırda müəssisədə 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir. Sığınacaqda müvəqqəti məskunlaşanların yaş həddinə gəlincə, 72 sakinin 17-si uşaq, 55-i isə 18 yaşdan yuxarı olanlardır. 

14