Motoatıcı və xüsusi təyinatlılarımız peşəkarlıq nümayiş etdiriblər - VİDEO

© AR Ministry of DefenseNaxçıvanda hərbi qulluqçular arasında atış birinciliyi keçirilib
Naxçıvanda hərbi qulluqçular arasında atış birinciliyi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Naxçıvanda hərbi qulluqçular arasında atış birinciliyi keçirilib

BAKI, 10 may — Sputnik. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, 9 millimetrlik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 72 hərbi qulluqçudan ibarət 24 komanda iştirak edib.

Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüblər.

Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb.

Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib. Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri fərman və diplomlar təqdim edilib.

Xəbər lenti
0