Yağışlı hava

Əhali gözlənilən hava şəraiti barədə xəbərdar edilir

389
(Yenilənib 10:00 10.05.2019)
Mayın 10-da fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir

BAKI, 10 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18, gündüz 22-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununu, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında isə mayın 10-da fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-18 dərəcə isti təşkil edəcək.

389
Teqlər:
yağış, Bakı, Abşeron yarımadası, hava