Milli Məclisin binası

Milli Məclis mühüm məsələlərin həlli üçün toplanıb

98
(Yenilənib 11:44 03.05.2019)
Bu gün "Aqrar sığorta haqqında" qanun layihəsinə birinci oxunuşda baxılacaq

BAKI, 3 may — Sputnik. Milli Məclisin növbəti plenar iclası işinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib. Belə ki:

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

"Azərbaycan Respublikası Hökuməti ilə Paraqvay Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında" Sazişin təsdiq edilməsinə baxılacaq.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "İcra haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisenziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Mülki, Mülki Prosessual, Vergi, Cəzaların İcrası, İnzibati Xətalar, Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti məcəllələrində, "Fitosanitar nəzarəti haqqında", "Meliorasiya və irriqasiya haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Balıqçılıq haqqında", "Elektroenergetika haqqında", "Nəqliyyat haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Avtomobil yolları haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Aviasiya haqqında", "İnformasiya əldə etmək haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"İctimai iştirakçılıq haqqında", "Dəniz limanları haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Turizm haqqında", "Elektrik və istilik stansiyaları haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Auditor xidməti haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Müflisləşmə və iflas haqqında", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Yeyinti məhsulları haqqında", "Notariat haqqında", "Kredit ittifaqları haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda dəyişikliklər müzakirə olunacaq.

İclasda yeni hazırlanan "Aqrar sığorta haqqında" qanun layihəsinə birinci oxunuşda baxılacaq.

98
Teqlər:
məsələ, gündəlik, plenar iclas, Milli Məclis
Əlaqədar
"Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərməlidir"
Milli Məclisdə qiymət artımına etiraz: Hər dəfə bir bəhanə gətirirlər
Milli Məclis toplanıb
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

14
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

14
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı