Sürücülərin gözlədiyi gün gəldi

© Sputnik / Shahperi AbbasovaŞəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib
Şəkidə qaydalari pozan sürücülərə qarşi reyd keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gündən avtomobillərin şüşələrinə jalüz vurulmasına icazə verilir

BAKI, 1 may — Sputnik. Bu gündən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrində sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən standartlara cavab verən jalüzlərin istifadəsinə icazə verilir.

Sputnik Azərbaycan xəbər verir ki, qanunvericiliyə görə, avtomobillərin yan şüşələrinə jalüz tipli pərdələrin vurulmasına noyabrın 15-dək icazə verilir.

Belə ki, "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşələrin şəffaflığını korlayan örtüklərin (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan olunmasına əsas olan nasazlıqlar kimi müəyyən edilib.

Buna baxmayaraq, yay aylarında jalüz tipli pərdələrin istifadəsinə icazə verilir. Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaq.

Xəbər lenti
0