Gürcüstan prezidenti Salome Zurabişvili yeni prezident igamətgahında

Gürcüstan rəhbərliyi Keşikçidağla bağlı rəsmi açıqlama verdi

846
(Yenilənib 18:40 30.04.2019)
"Bu iki dost ölkənin dostluq tarixində daha bir addım olacaq"

BAKI, 30 aprel — Sputnik. Ümumi sərhədlərin müəyyən edilməsi istiqamətində işlərin görülməsi Gürcüstan və Azərbaycan dostluq münasibətlərini möhkəmləndirəcək. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvilinin mətbuat spikeri Xatiya Moisrapişvili bildirib.

Bununla əlaqədar, Gürcüstan prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə prezidenti arasında uzun illərdir fəaliyyəti dayandırılmış olan demarkasiya və delimitasiya komissiyasının bərpa olunmasına dair razılıq əldə edilmişdi: "Bu iki dost ölkənin dostluq tarixində daha bir addım olacaq".

Xatırladaq ki, Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən Keşikçidağ məbədi (David Qareci) ətrafında sərhəd xidmətçilərinin sayı artırılıb.

Xəbərdə qeyd edilib ki, Keşikçidağ məbədinin keşişinin sözlərinə görə, hazırda məbədi turistlərin ziyarət etməsi üçün heç bir problem yoxdur, amma Azərbaycan sərhədçilərinin yenidən məbədi bağlayacağı istisna edilmir. "Əvvəllər cəmi iki sərhədçi vardı. İndi isə 18-ə yaxındır" - keşiş bildirib.

846
Azərbaycan bayrağı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

9
(Yenilənib 22:20 27.05.2020)
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

9
 İstanbulda COVİD-19-da ölən şəxs, arxiv şəkli

Türkiyədə ölənlərin sayı artdı

5
(Yenilənib 22:11 27.05.2020)
Sutka ərzində COVID-19-a daha 1 035 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 159 797 təşkil edir.

BAKI, 27 may — Sputnik. Bu gün Türkiyədə koronavirusdan daha 34 nəfər ölüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 431-ə çatıb.

Nazir sosial şəbəkədə bildirib ki, sutka ərzində COVID-19-a daha 1 035 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 159 797 təşkil edir.

Son gün ərzində Türkiyədə daha 1 286 nəfər virusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 122 793-ə çatıb.

5