Xəstəxana. Arxiv şəkli

Üz-gözünü it parçalayan uşaqdan xəbər var

74
(Yenilənib 16:51 29.04.2019)
Həkim: "Hazırda uşaq xəstəxanadadır və hələlik evə buraxılmasına icazə yoxdur"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it küçədə, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Heyvan uşağın üz nahiyəsini parçalayıb.

Üzünü it gəmirən uşaq
Üzünü it gəmirən uşaq

Azyaşlının səhhəti ilə bağlı son durumu öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı 1 saylı Kliniki Tibbi Mərkəzin Üz-Çənə Cərrahiyyəsi şöbəsinin həkimi Məhəbbət Cəfərovla danışıb. O, artıq uşağın üzündəki tikişlərin söküldüyünü deyib.

"Uşağın yaraları, tamamilə sağalıb. Bizim tərəfimizdən ediləcək müalicələr isə başa çatıb. Bir qədər gözünün üstündə şiş olsa da, sağalma prosesi gedir. Uşaq görə bilir. Bu gün də göz həkimləri onun son durumu ilə maraqlanacaqlar" – deyə M.Cəfərov əlavə edib.

İmmunitetinin aşağı düşməməsi, qrip və bu kimi digər yoluxucu viruslardan qorunması üçün Hüseyn Məmişov xəstəxanada qalır.

"Hazırda uşaq xəstəxanada, şöbədədir. Hələ ki, onun evə buraxılmasına icazə yoxdur" - deyən həkim azyaşlıda quduzluq əlamətinin olmadığını və sabah ona yenidən vaksinlərin vurulacağını qeyd edib.

74
Teqlər:
xəstəxana, həkim, uşaq, it
Əlaqədar
Göyçayda it dişləyən şəxs quduzluqdan öldü
Bakıda dəhşətli olay: Uşağın üzünü it gəmirdi - FOTO
İt dişləyən uşaqdan xəbər var
Lənkəranda quduz it 9 nəfəri dişləyib - FOTOLAR
AZAL şirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Azərbaycan bu nəqliyyat infrastrukturuna görə 10-cu yerdə qərarlaşıb

3
(Yenilənib 18:35 26.11.2020)
İlk yerdə isə 6.70 indekslə Sinqapur qərarlaşıb. 141 ölkənin yer aldığı siyahıda Türkiyə bu siyahıda 35-ci, Rusiya 51-ci, Ermənistan 66-cı, Gürcüstan 83-cü, İran 132-ci olub.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycan hava yolları nəqliyyat infrastrukturuna görə dünyaca 10-cu yerdə qərarlaşıb. Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, Azərbaycan "Quality of air transport infrastructure" (Hava Nəqliyyatı İnfratrukturunun Keyfiyyəti) hesabatında 5.80 indekslə bu yerdə qərarlaşıb.

İlk yerdə isə 6.70 indekslə Sinqapur qərarlaşıb. 141 ölkənin yer aldığı siyahıda Türkiyə bu siyahıda 35-ci, Rusiya 51-ci, Ermənistan 66-cı, Gürcüstan 83-cü, İran 132-ci olub.

3
Teqlər:
Türkiyə, Azərbaycan, Rusiya, avtomobil
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanın xoşbəxtlər arasında yeri açıqlanıb

7
(Yenilənib 18:34 26.11.2020)
Xoşbəxtlik indeksinə görə, Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

BAKI, 26 noyabr — Sputnik. Dünya ölkələrinin xoşbəxtlik indeksi açıqlanıb.  

Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, xoşbəxtlik indeksinə görə, Azərbaycan 5.16 indeksi ilə 150 ölkə sırasında 87-ci olub.

Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, xoşbəxtlərin siyahısında ilk üçlükdə ardıcıl olaraq Finlandiya, Danimarka və İsveçrə qərarlaşıb.

7
Teqlər:
Gürcüstan, Ermənistan, Türkiyə, İsveçrə, Danimarka, Finlandiya, Azərbaycan, Rusiya