Bakı bulvarı

Bulvara giriş məhdudiyyəti götürülüb, yollar isə sabahdan açılacaq

49
(Yenilənib 13:01 29.04.2019)
Formula 1 ilə əlaqədar bağlı olan yollar isə sabahdan nəqliyyatın hərəkəti üçün açıq olacaq

BAKI, 29 aprel — Sputnik. Bu gündən etibarən Dəznikənarı Milli Park ərazisinə girişə olan məhdudiyyət götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Dəznikənarı Milli Park İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat verib.

O bildirib ki, Formula 1 ilə əlaqədar baglı olan yollar isə sabahdan nəqliyyatın hərəkəti üçün açıq olacaq: "İstədiyiniz saatda buyurub gələ bilərsiniz. Hava da çox gözəldir".

Xatırladaq ki, Bakıda keçirilən Formula 1 SOCAR Azəbaycan Qran-prisi ilə əlaqədar 22 aprel saat 01:00-dan etibarən yollar bağlanıb. Dünən yarış yekunlaşıb və artıq 30 aprel səhər 06:00-da yollar yenidən açılaraq şəhər sakinlərinin xidmətinə veriləcək.

49
Teqlər:
Formula 1, yol, bulvar
Əlaqədar
Bakıda Formula 1 həyəcanı və ya qonaqlar öz vaxtlarını necə keçirirlər
Formula 2: Yeganə qız pilot ilk dəqiqələrdən yarışı dayandırdı
Formula pilotları bir-bir sıradan çıxır
"Formula-1": SOCAR Azərbaycan Qran-prisi başlayıb