Bəzi bölgələrdə yağış və dolu gözlənilir

Abunə olmaq
Havanın temperaturu gecə 7-12, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək

BAKI, 27 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 28-də havanın az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0