Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib

Ordumuzdan möhtəşəm manevr - VİDEO

256
(Yenilənib 17:03 25.04.2019)
Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib

BAKI, 25 aprel — Sputnik. Azərbaycan Ordusunun 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərinin poliqonlarında bütün qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlim-məşq prosesi davam edir.

  • Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib
    Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib
    © AR Ministry of Defense

1 / 6
© AR Ministry of Defense
Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonaya yaxın ərazidə yerləşən poliqonlardan birində olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi burada müxtəlif bölmələrin iştirakı ilə keçirilən döyüş atışlı təlim məşqlərini izləyib.

256
Teqlər:
təlim, atış, döyüş, Azərbaycan Ordusu
Əlaqədar
Zakir Həsənov ordu rəhbərliyinə konkret göstərişlər verdi
Yerevan müharibə ritorikasını dəyişir: "Azərbaycan öz ordusunu sülhə hazırlamalıdır"
Azərbaycandan Ermənistana sərt cavab: Ordumuz sülhə yox, müharibəyə hazırdır
Putindən sensasion açıqlama: "Orduya çağırışdan imtina ediləcək"
Министерство труда и социальной защиты населения

Şəhid ailələri qazilərə ödəniləcək müavinətlərlə bağlı açıqlama verildi

1
Talıbov deyib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir.

BAKI, 1 dekabr - Sputnik. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar:

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

1
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir

Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi davam edir - VİDEO

2
Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

2