Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Qazax sakinlərinə şad xəbər

215
(Yenilənib 16:40 22.04.2019)
Dövlət başçısı 6.3 milyon manat vəsait ayrılmasına göstəriş verib

BAKI, 22 aprel — Sputnik. Prezident İlham Əliyev Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

215
Teqlər:
vəsait, tikinti, avtomobil yolu, Qazax rayonu, İlham Əliyev, prezident
Əlaqədar
Ağsu dolayında sürüşmə baş verib, yol çöküb
Babək prospektində yol niyə çökür - Ekspert şərh edir
Paytaxtda yol tikintisinə 3 milyon ayrıldı