Komunal ödənişlərin qəbzi

Yeni yaradılmış İşçi Qrupu əhalinin qaz işıq problemlərini həll edəcək

81
(Yenilənib 11:03 19.04.2019)
Kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib

BAKI, 19 aprel — Sputnik. Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində "Azəriqaz" İB, "Azərişıq" ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. 

Energetika Naziriyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.

Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə "Azəriqaz" İB, "Azərişıq" ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.

Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.

81
Teqlər:
işçi qrupu, problem, işıq, qaz
Əlaqədar
Sabah Bakının iki rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
“Cənub Qaz Dəhlizi”nə hansı ölkələr qoşula bilər - professor açıqladı
Bakı və Abşeronda gecə saatlarında "qaz böhranı" yaşanıb - "Azəriqaz" izahat verir
Zəlzələ qaz xətlərini sıradan çıxarıb, təbii qazın verilişi dayandırılıb