İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub

Son durumla bağlı dövlət başçısına məlumat verilib

47
(Yenilənib 14:10 18.04.2019)
Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb

BAKI, 18 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şərait barədə dövlətimizin başçısına məlumat veriblər.

Qeyd edilib ki, bu istirahət parkı 1982-ci ildə salınıb. "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb.

Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında "IDEA" İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Sonra dövlətimizin başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb söhbət ediblər.

  • İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
    Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
    © Official website of President of Azerbaijan Republic
1 / 7
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub

Bu il fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və iştirakı ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə parkın ərazisində 613, bu il aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə daha 300 ağac əkilib.

Parkın ərazisində neft buruğunun rəmzi olaraq "Stella" quraşdırılıb, yaşıllıqlar salınıb, 2 min yeni ağac əkilib, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü bərpa edilib, büstün ətraf ərazisi yenidən qurulub, "Veteranlar guşəsi" və iaşə obyektləri yenilənib.

Əhalisinin sayı 89 min nəfər olan Qaraçuxur Suraxanı rayonunun qədim qəsəbələrindən biridir. Bu parkın müasir səviyyədə yenidən qurulması qəsəbə sakinləri ilə yanaşı, paytaxtımıza gələn qonaqların da asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar açır.

Ümumilikdə, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızın inkişaf tempinə uyğun olaraq yeni park, istirahət məkanları salınır, mövcudları isə müasir səviyyədə yenidən qurulur. Bütün bu işlər bir daha göstərir ki, paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində həyata keçirilən layihələr ardıcıl xarakter almaqla yüksək keyfiyyətlə icra olunur.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması sakinlərin və şəhərimizin qonaqlarının rahatlığının təmin edilməsində, onların asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Paytaxtda yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması geniş vüsət alıb. Suraxanı rayonunun ərazisində yenidən qurulan bu istirahət məkanı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

47
Teqlər:
park, birinci xanım, prezident, dövlət başçısı
Əlaqədar
Prezident himnlə bağlı qanunu imzaladı
Prezidentdən mədəniyyət xadimlərini sevindirəcək qərar
Prezident qanunu pozan hakimi işdən çıxardı
Kompüter arxasında qız, arxiv şəkli

Azərbaycanda Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sisteminin sınaqlarına başlanacaq

1
(Yenilənib 23:08 21.10.2020)
Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır

BAKI, 21 oktyabr — Sputnik. Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O qeyd edib ki, "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən, Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur: “"Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyaları Energetika Nazirliyinə həvalə edilib.

Cari ilin sonuna kimi "ASAN xidmət" tərəfindən sistemin test fazasına başlanması planlaşdırılır. Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır. Kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi, müvafiq xidmətlər üzrə müraciətlərin vahid platformadan ünvanlanması, bu xidmətlərin hər kəs üçün daha əlçatanlığı və fasiləsizliyi, yaranan çətinliklərin operativ həlli baxımından faydalıdır”.

“Vətəndaş müraciətlərinin obyektiv araşdırılaraq cavablandırılması, xidmətlərin icrası zamanı sui-istifadə hallarının qarşısının alınması, xidmətlərin icra vəziyyətinə dair mərkəzləşdirilmiş təhlil və hesabatların aparılması, istifadəçilər tərəfindən xidmətin keyfiyyətinə dair təklif və iradların toplanması, həmçinin vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılacaq Vahid Çağrı Mərkəzinin formalaşdırılması ilə bağlı Konsepsiya layihəsi də Nazirlər Kabinetinə təqdim edilib. Bütün bu tədbirlər açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərini əsas tutaraq dövlət xidmətlərinin təkmilləşdirilməsinə, ictimai nəzarətin gücləndirilməsinə xidmət edəcək”, - deyə nazir bildirib.

1
Gürcüstanda polis işçiləri, arxiv şəkli

İnsanları bankda girov saxlayan adam təslim oldu

15
Gürcüstan telekanallarının məlumatına görə, bir neçə girov pilləkən və damdan qaça bilib, yaşlı adamları və hamiləni isə cinayətkar özü azadlığa buraxıb

BAKI, 21 oktyabr - Sputnik. Gürcüstanın Zuqdidi şəhərində bankda 20-yə yaxın insanı girov götürən kişi polisə təslim olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Bildirilir ki, xüsusi əməliyyat başa çatıb, hüquq-mühafizə işçiləri girovların hamısını azad ediblər, onları girovluqda saxlayan isə əlləri havada binadan çıxarılıb.

Qeyd edək ki, əlində qumbara və avtomat olan şəxs günorta saatlarında bank filialına daxil olaraq oradakı əməkdaşları və müştəriləri girov götürmüşdü. O, 500 min dollar, avtomobil və helikopter tələb etmişdi.

Girovlardan birinin sözlərinə görə, cinayətkarla birlikdə otaqda təxminən 19 nəfər olub.

Gürcüstan telekanallarının məlumatına görə, bir neçə girov pilləkən və damdan qaça bilib, yaşlı adamları və hamiləni isə cinayətkar özü azadlığa buraxıb.

15