Telman İsmayılov

Telman İsmayılovun barəsində cinayət işi açılıb, 5 ilədək həbs cəzası ala bilər

179
(Yenilənib 13:37 17.04.2019)
O, dələduzluqda, kreditorların ziyanına aktivlərin faktiki olaraq azaldılmasında və aktivlərin çıxarılmasında şübhəli bilinir

BAKI, 17 aprel — Sputnik. Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli tanınmış rusiyalı iş adamı Telman İsmayılov İsveçrədə üç iqtisadi cinayətin törədilməsində şübhəli bilinir. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, artıq Telman İsmayılova qarşı cinayət işi başladılıb.

Telman İsmayılov dələduzluqda, kreditorların ziyanına aktivlərin faktiki olaraq azaldılmasında və aktivlərin çıxarılmasında şübhəli bilinir. Cinayəti sübuta yetiriləcəyi halda onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Rusiya mətbuatı yazır ki, İsveçrə hüquq-mühafizə orqanlarına müraciət edən "BM-bankın" versiyasına əsasən, İsveçrədə İsmayılovun zəmanəti altında borca götürülən və kreditorlara geri qaytarılmayan vəsaitin müəyyən hissəsi gizlədilə və yuyula bilər.

179
Teqlər:
Rusiya, cinayət, Telman İsmayılov, Moskva
Əlaqədar
Məhkəmə Telman İsmayılovun mənzillərinə həbs qoyub
Telman İsmayılov haqda şok faktlar üzə çıxdı
Telman İsmayılovdan qalmaqallı ifadə: "Onu öldürəcəklər" - VİDEO
Telman İsmayılova daha bir zərbə vuruldu, vəziyyəti pisləşir
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

2
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2
Tərtər rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

MN: Tərtər Bərdə atəşə tutulur

14
(Yenilənib 10:49 24.10.2020)
Cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrimizin Ermənistan silahlı qüvvələri tərəfindən ataəşə tutulması davam edir.

BAKI, 24 oktyabr — Sputnik. Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

14