Anbarda un kisələri, arxiv şəkli

Un yenidən ucuzlaşıb

57
(Yenilənib 19:24 16.04.2019)
"Karmen" ununun topdansatış qiyməti növbəti dəfə aşağı salınıb

BAKI, 16 aprel — Sputnik. İdxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin yenidən aşağı salınması imkan yaradıb. "Karat Holding" MMC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar unun topdansatış qiyməti təkrar aşağı salınaraq, 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiyməti 24,95 manat müəyyən edilib.

Məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşmanın tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin ucuzlaşmasına da səbəb olacağı bildirilib.

Xatırladaq ki, bir neçə gün öncə "Karat Holdinq" MMC istehsal etdiyi 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiymətini 25,95 manatdan 25,45 manata endirmişdi.

57
Teqlər:
topdansatış, qiymət, un
Əlaqədar
Un ucuzlaşdı – Çörək də ucuzlaşacaqmı?
Здание министерства обороны Азербайджанской Республики

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - MN

0
Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Tərtər rayonu yenə atəşə tutulub

12
ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

BAKI, 26 oktyabr - Sputnik. Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.