Bakıda çiçəkləyən ağac, arxiv şəkli

Paytaxtımıza əsl yaz havası gəlir

94
(Yenilənib 13:10 13.04.2019)
Hava proqnozunu gözləyənlərə xoş müjdə

BAKI, 13 aprel — Sputnik. Azərbaycanda bazar gününün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-20° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.

94