Manat və dollar

Bir ildə büdcəyə ödənilən vəsaitin məbləği açıqlanıb

57
(Yenilənib 18:15 09.04.2019)
Vüqar Gülməmmədov: "2018-ci ildə ümumilikdə 58 nəzarət, 53 audit tədbiri həyata keçirilib"

BAKI, 9 aprel - Sputnik. "2018-ci ildə ümumilikdə 58 nəzarət, 53 audit tədbiri həyata keçirilib". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı palatanın sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, auditlə aşkarlanan nöqsanlarda azalma müşahidə olunsa da, ümumilikdə bəzi nöqsanlar dəyişməz olaraq qalıb. Palata tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də görülüb.

"2018-ci ildə nəzarət tədbirləri nəticəsində 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsait dövlət büdcəsinə ödənilib. DSMF büdcəsinə bərpa edilmiş vəsaitin cəmi məbləği 904,7 min manat təşkil edib" - V.Gülməmmədov vurğulayıb.

57
Teqlər:
nöqsan, audit, vəsait, büdcə
Əlaqədar
Yetmiş iki milyondan artıq vəsait büdcəyə qaytarılıb
Hesablama Palatasının sədri hesabat verib: "Dövlətə dəyən ziyan büdcəyə qaytarılıb"
Milli Məclisdə sərt tələb: “Büdcə talançıları qanun qarşısında cavab versinlər”
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

7
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

7
Xəzər dənizi, arxiv şəkli

Pandemiya dövründə Xəzərin perspektivləri

9
Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə tədbir keçiriləcək.

Avqustun 12-si Beynəlxalq Xəzər dənizi Günü kimi qeyd olunur. Pandemiyadan əvvəlki dövrdə həmin gündə regional problemlərin müzakirəsinə həsr olunmuş böyük sammit və konfranslar təşkil edilirdi. Yeni şəraitdə tərəflər əməkdaşlığın perspektivlərini onlayn rejimdə nəzərdən keçirməkdə davam edirlər.

Bununla belə, karantin tədbirlərinin tətbiqinə və region ölkələri arasında birbaşa əlaqələrin məhdudlaşdırılmasına baxmayaraq, Xəzərdə yük dövriyyəsi inkişaf etməkdə davam edir. Resurs bazasının iqtisadi mənimsənilməsi də dayanmır, iri beynəlxalq enerji layihələri həyata keçirilir.

Bu gün Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə avqustun 14-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkilatçılığı ilə Bakı-Nur-Sultan-Moskva onlayn videokörpüsündə danışacaqlar:

Bakıda:

- Bakı Dövlət Univesitetinin professoru, İqtisadi coğrafiya kafedrasının müdiri, elmlər doktoru Çingiz İsmayılov;

Nur-Sultanda:

- Qazaxıstan Respublikasının İlk Prezidenti Fondu yanında Dünya iqtisadiyyatı və siyasəti İnstitutunun eksperti Jumabek Sarabekov;

Moskvada:

- Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa bölgələrinin Öyrənilməsi Mərkəzinin elmi işçisi Stanislav Pritçin.

Spikerə suallar əvvəlcədən bu elektron ünvana göndərilə bilər: ivelizade@gmail.com.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq.

Kontaktlar:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 М, 4-cü mərtəbə.

9