Hesablama Palatasının sədri hesabat verib: "Dövlətə dəyən ziyan büdcəyə qaytarılıb"

© Photo : REPORTAzərbaycan Respublikasının Hesablama Palatası
Azərbaycan Respublikasının Hesablama Palatası - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Gülməmmədov: "2018-ci ildə aparılmış audit tədbirləri 10,2 mlrd. manat vəsaiti əhatə edib"

BAKI, 9 aprel - Sputnik. "2018-ci ildə aparılmış audit tədbirləri 10,2 mlrd. manat vəsaiti əhatə edib. Bunun 60,5%-i dövlət büdcəsinin xərclərinə aid olub".

Пачки азербайджанских манатов на столе - Sputnik Azərbaycan
CƏMİYYƏT
Büdcədən maliyyələşdirilən sahələrin işçilərinin maaşları qaldırıldı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı palatanın sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, 2018-ci ildə Hesablama Palatası ilə bağlı yeni qanun qəbul edilib və yeni yanaşmanın tətbiqi üçün hüquqi baza formalaşdırılıb.

Gülməmmədov bildirib ki, ötən il Hesablama Palatası korrupsiya ilə mübarizə istiqamətində əlaqədar qurumlarla sıx əməkdaşlıq edib: "2018-ci ildə audit tədbirləri nəticəsində 714 halda nöqsan qeydə alınıb və dövlətə dəyən ziyan büdcəyə qaytarılıb. Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibat uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib".

Xəbər lenti
0