Aeroportda baqajın gömrük təftişi, arxiv şəkli

Geyim əşyalarının arasında güclü təsir edən maddə keçirmək istədi

20
(Yenilənib 19:06 04.04.2019)
“Preqabalin” maddəsi "Güclü təsir edən maddələrin və onların külli miqdarının" siyahısına daxildir.

BAKI, 4 aprel — Sputnik. Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan rentgen aparatından keçəndə monitorda şübhəli əşyaların təsviri əks olunub. 

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, vətəndaş gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib. Sərnişin baqajını götürüb "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən "Qırmızı kanal"a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib.

Qeyd edək ki, Preqabalin "Güclü təsir edən maddələrin və onların külli miqdarının" siyahısına daxildir. Yoxlama zamanı vətəndaşa məxsus qara çantanın içərisindəki şəxsi geyim əşyalarının arasında qara sellofana bükülü, üzərində "Lirika 75 mq Preqabalin" sözləri yazılan 56 ədəd ağ-qırmızı rəngli kapsul aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

20