Ermənistan polisi

Ermənistanda nazir müavini barədə məhkəmə qərar çıxardı

45
(Yenilənib 12:51 03.04.2019)
MTX əməkdaşları Davtyanı Ermənistanın baş mama-kinokoloq Razmik Abramyandan rüşvət alarkən saxlayıb

BAKI, 3 aprel — Sputnik. Yerevan şəhər məhkəməsi Ermənistan səhiyyə nazirinin müavini Arsen Davtyanın həbs olunması barədə qərar çıxarıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat katibi Samson Qalstyan bildirib.

"Səhiyyə nazirinin müavini barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - deyə Qalstyan bildirib.

Qeyd edək ki, daha əvvəl MTX əməkdaşları Davtyanı Ermənistanın baş mama-ginekoloqu Razmik Abramyandan rüşvət alarkən saxlayıb.

Dövlət sifarişi zamanı maliyyə çatışmazlığını aradan qaldırmaq üçün tibbi müəssisəsinin direktoru martın 30-u nazir müavinin kabinetində böyük həcmdə rüşvəti şəxsən verib. Verilən məbləğ Ermənistan MTX-nin nəzarətində olub.

45