Məhbus, arxiv şəkli

Kriminal avtoritetlərlə bağlı qanun sərtləşdirildi

130
(Yenilənib 20:18 01.04.2019)
Yeni qanunvericiliyə görə, cinayət iyerarxiyasında yüksək mövqe tutan şəxslərə qarşı cəzanın aşağı həddi və ya şərti cəza tətbiq edilə bilməz

BAKI, 1 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin qanunvericilikdə mütəşəkkil cinayətkar qruplaşmaların yaradıcıları və iştirakçıları ilə bağlı cəzaların sərtləşdirilməsi haqqında qanun imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə sənəd Hüquqi İnformasiyalar rəsmi portalında yayımlanıb.

Bununla yanaşı, sənəd Rusiya Federasiyasının Cinayət Məcəlləsinə əlavə olunmuş yeni maddəni ("Cəza iyerarxiyasında ən yüksək mövqeni tutmaq" - red.) də təsdiqləyir. Bu qanun pozuntusuna görə, həmin şəxsi 8 ildən 15 ilədək həbs cəzası, yaxud da 5 milyon rubladək cərimə gözləyir.

Yeni qanunvericiliyə görə, cinayət iyerarxiyasında yüksək mövqe tutan şəxslərə qarşı cəzanın aşağı həddi və ya şərti cəza tətbiq edilə bilməz.

Mütəşəkkil qrupların koordinasiyalı fəaliyyəti ayrıca işdə birləşdirilir. Buna görə, 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası və ya milyonlarla rubl cərimə nəzərdə tutulur.

Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi təşəbbüsü ilə Rusiyanın lideri fevral ayının ortalarında çıxış etmişdi. Onun fikrincə, bu gün kriminal avtoritetlər cinayət dünyasındakı mövqelərinin köməyi ilə məsuliyyətdən qaça bilirlər. Bir ay sonra prezidentin təklif etdiyi qanun layihəsi Dövlət Duması tərəfindən qəbul olunub. Federasiya Şurası sənədi martın 27-də təsdiqləyib.

130