Флаги ОБСЕ

Minsk qrupu Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşü barədə bəyanat yayıb

109
Liderlər münaqişənin həlli ilə bağlı bir sıra vacib məsələlərə dair fikir mübadiləsi aparıblar

BAKI, 29 mart - Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla Vyanada keçirilən görüşü pozitiv və konstruktiv atmosferdə keçib və hər iki liderə öz mövqelərini dəqiqləşdirmək imkanı yaradılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin və ATƏT-in Minsk qrupunun birgə bəyanatında deyilir.

Bildirilir ki, liderlər münaqişənin həlli ilə bağlı bir sıra vacib məsələlərə dair fikir mübadiləsi aparıblar.

"Hər iki lider sülh şəraiti vəziyyətinin yaradılması və münaqişənin dinc yolla həllinin tapılması üçün danışıqlar prosesində konkret və hiss olunan addımların qəbulunun əhəmiyyətini vurğulayıblar" - bəyanatda bildirilir.

109