Naqif Həmzəyev

Naqif Həmzəyevlə bağlı qərar verilib

34
(Yenilənib 13:46 29.03.2019)
Milli Məclisin İnsan hüquqları komitəsinə yeni üzv seçilib

BAKI, 29 mart - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinə yeni üzvün seçilməsi məsələsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, deputat Naqif Həmzəyevin komitəyə üzvlüyü təsdiq edilib.

Qeyd edək ki, Naqif Həmzəyev 2015-ci ildə 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

O, həmçinin Ukrayna-Azərbaycan parlamentlarası dostluq qrupunun üzvüdür.  

 

34
Əlaqədar
Milli Məclisdə dəyişiklik təsdiq olunub
Milli Məclis hökumətin hesabatını qəbul edib
Milli Məclisin plenar iclası keçirilir