Zaqatala rayonunda  bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb

Qeyri-sabit hava şəraiti barədə xəbərdarlıq edilir

269
(Yenilənib 13:39 29.03.2019)
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

BAKI, 29 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 30-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal küləyi əsəcək.

Şimal-qərb bölgəsində qar yağıb
© Sputnik / Shahperi Abbasova

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarına gəlincə: Martın 30-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.

269
Teqlər:
hava, yağış, Abşeron yarımadası, Bakı