Автобус ООО BakuBus, фото из архива

Paytaxtda avtobus qəzaya uğrayıb, yaralılar var

223
(Yenilənib 01:20 29.03.2019)
Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb, sərnişinlər xəsarət alıb

BAKI, 29 mart - Sputnik. Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.  

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Nərimanov rayonunda olub.

Metronun Gənclik stansiyasının yaxınlığında BakuBus MMC-yə məxsus 13 nömrəli marşut xətti üzrə hərəkət edən "İveco" markalı sərnişin avtobusu "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişinlər - 1978-ci il təvəllüdlü Rzayev Tariyel Əlisərdar oğlu və 1975-ci il təvəllüdlü Hacıyev Rövşən Məmməd oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, T.Rzayev sınıq xəsarətləri aldığından reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

223
Əlaqədar
Bakıda avtobus qəzası, yaralananlar var