İlan qorxudan yediyi varanı qusub

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidKobra, arxiv şəkli
Kobra, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər bildirib ki, ilan stress keçirən zaman yediklərini qusa bilirlər.

BAKI, 29 mart — Sputnik. Hindistanda qəribə hadisə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Hindistanın Orissa ştatında yerləşən Buquda şəhərində yaşayan Prafulla Sahu adlı şəxs evində kral kobrası tapıb.

O, dərhal ilantutan Hariş Padhunu çağırıb. İlantutan kral kobrasını tutaraq yaşayış məntəqəsindən kənardakı meşəyə aparıb. Onu torbadan çıxarandan sonra qəribə mənzərə ilə rastlaşıblar. Zəhərli ilan qorxduğundan qusmağa başlayıb. O, bir müddət öncə yediyi varanı qusub. Daha sonra yoluna davam edib.

Mütəxəssislər bildirib ki, ilan stress keçirən zaman yediklərini qusa bilirlər.

Xəbər lenti
0