Facebookun qurucusu Mark Zukenberq

"Facebook"un yaradıcısından radikal addım

62
(Yenilənib 22:00 28.03.2019)
Milliyyətçi kampaniyalar və separatizmi təbliğ edən məlumatlar "Facebook" və "İnstagram"da bloklanacaq.

BAKI, 29 mart — Sputnik. Milliyyətçi kampaniyalar və separatizmi təbliğ edən məlumatlar "Facebook" və "İnstagram"da bloklanacaq. Sputnik Azərbaycan Britaniya mediasına istinadən xəbər verir ki, bunu "Facebook"un qurucusu Mark Zukerberq bəyan edib.

O bildirib ki, gələn həftədən etibarən bu cür məlumatların yayılması hər iki sosial şəbəkədə bloklanacaq. Zukerberqin sözlərinə görə, sosial şəbəkə terrorçu qrupların hesablarını da bloklamağı hədəfləyib.

Qeyd edək ki, "Facebook" yaradıcısının bu qərarı verməsinə səbəb bir neçə gün öncə Yeni Zelandiyada məscidlərdə dinc müsəlmanlara qarşı amansız terror aktının törədilməsi olub.

62