Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Dövlət başçısı 6,3 milyon manat pul ayırdı

57
(Yenilənib 13:29 28.03.2019)
Dövlət başçısı sərəncam imzalayıb

BAKI, 28 mart — Sputnik. Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,3 milyon (altı milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

57
Teqlər:
yol, sərəncam, İlham Əliyev, prezident
Əlaqədar
Paytaxtda yol məhdudlaşdırılır
Yardımlıda yeni çəkilmiş yol çökdü - VİDEO
Azər Həsrət

Azər Həsrət: Sputnik ölkəmizin səsinin dünyaya çatdırılmasında xüsusi rol oynayır

2
(Yenilənib 13:16 25.05.2020)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, Sputnik Azərbaycan ölkəmizin səsinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb
Azər Həsrət: “Agentlik operativ şəkildə fəaliyyət göstərir”

Sputnik Azərbaycan-ın fəaliyyətə başlamasından 5 il keçir.

Bununla bağlı Sputnik Azərbaycan-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət agentliyin Azərbaycan mediasındakı yeri və rolundan bəhs edib: “Agentliyin əsas özəlliyi rus dilində olması ilə bağlıdır. Keçmiş sovet ölkəsi kimi bizim ölkəmizdə rusdilli coğrafiyaya məxsusdur. Bu baxımdan ölkəmiz haqqında informasiyaların rusdilli media vastəsilə çatdırılmasının əhəmiyyəti danılmazdır. Sputnik Azərbaycan ölkəmizin səsinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb. Agentlik ölkə gündəminə uyğun olaraq operativ şəkildə fəaliyyət göstərir. Beş il az müddət deyil, agentliyə bundan sonar da müvəffəqiyyətlər arzu edirəm”.

Qeyd edək ki, Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu 2015-ci ilin mayın 25-də  fəaliyyətə başlamışdır.

Azər Həsrətin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

2
Orduda təlim, arxiv şəkli

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

3
(Yenilənib 13:15 25.05.2020)
Təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib

BAKI, 25 may — Sputnik. Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində real olaraq yüksək bacarıq nümayiş etdirib.

3