Nazirlər Kabineti

Dövlət satınalmaları ilə bağlı kodeks qəbul edilib

19
(Yenilənib 10:29 28.03.2019)
Kodeksdə dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsin vəzifəsi də müəyyən edilib

BAKI, 28 mart — Sputnik. Nazirllər Kabineti "Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi"ni müəyyən edib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə istinadla xəbər verir ki, kodeks dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsin davranışına olan tələbləri müəyyən edib. 

Qeyd edək ki, bu tələblərə görə, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs qanunun aliliyinə əməl etməyə borcludur. Vicdanlılıq, peşəkarlıq və fərdi məsuliyyət dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs öz fəaliyyətini Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. O, öz üzərinə düşən vəzifə və öhdəlikləri həyata keçirmək üçün zəruri olan nəzəri və təcrübi bilik səviyyəsini daim inkişaf etdirməli, öz peşəkar fəaliyyəti ilə dövlət orqanına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli, satınalma prosedurlarının təşkilinə cəlb olunan digər mütəxəssislərin dövlət sənədlərinin tərtibatında yaranan çətinliklərin aradan qaldırılması üçün mütəxəssislərin maarifləndirilməsi istiqamətində işlər görməli, peşə fəaliyyəti zamanı öz adına və nüfuzuna, habelə çalışdığı müəssisənin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməli, vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalı, ictimai etimad qazanmağa çalışmalı, mədəni davranışa malik olmalıdır.

Kodeksdə dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxsin vəzifəsi də müəyyən edilib.

Vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxs etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalı, bu aktlara əməl edilməsi ilə əlaqədar hər hansı suallar yarandıqda, bu barədə tabe olduğu rəhbərinə müraciət etməlidir.

Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslər qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, qərarlar qəbul etməməlidirlər.

Dövlət satınalmaları zamanı bu satınalmalara cəlb olunan vəzifəli şəxsə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, həmin vəzifəli şəxs onlardan imtina etməlidir.

Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.

19
Teqlər:
vəzifəli şəxs, Nazirlər Kabineti
Əlaqədar
Nazirlər Kabineti cəmiyyəti düşündürən suala aydınlıq gətirdi
Nazirlər Kabineti borclular və pul öhdəlikləri barədə qərar verib
Nazirlər Kabineti Azərbaycanın gələcəyi ilə bağlı taleyüklü məsələni müzakirə etdi
Nazirlər Kabineti ali təhsillə bağlı nizamnaməni təsdiqləyib